Azərbaycan və Türkiyə hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti "Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında 8-ci Qərargah danışıqları" toplantısında iştirak etmək məqsədilə Ankara şəhərinə səfər edib.
Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Səfər zamanı nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib, məzar önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib