14 yanvar 2021 21:08
770

"UK Defense Journal" Azərbaycanı Britaniyaya nümunə göstərdi

"UK Defense Journal" agentliyi Azərbaycan Ordusunun müharibə dəki uğurlarını Böyük Britaniyaya nümunə göstərib.

“İki sahil” Trend-ə istinadən xəbər verir ki, agentlik yazır: “Azərbaycanın Dağlıq Qarabağdakı uğuru Böyük Britaniyaya ordunun inkişafı üçün nəyə yatırım etmək lazım olduğunu göstərdi”.

Qeyd olunur ki, Azərbaycan Dağlıq Qarabağdakı müharibədə erməni qoşunları üzərində heyrətamiz qələbə qazandı, onun hərbi strategiyası isə çətin keçilən dağlıq ərazidə çox səmərəli oldu: "Azərbaycan ordusu çox peşəkar ordudur və işğal olunmuş ərazilərin, o cümlədən strateji vacib Şuşa şəhərinin azad edilməsində aparıcı rol oynayıb. Amma ən güclü amil Azərbaycanın texnoloji gücü olub".

Məqalədə vurğulanır ki, son məlumatlara əsasən, Böyük Britaniyan Müdafiə Nazirliyi Azərbaycanın TB2 pilotsuz uçuş aparatlarını uğurla istifadə etməsindən sonra PUA proqramını genişləndirmək niyyətindədir.