Rusiya sülhməramlıları təqribən 479,2 hektar ərazini minadan təmizləyiblər
"İki sahil.tv" “Armenpress”ə istinadən xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatanı əsasən, Minalardan Təmizləmə Mərkəzinin mütəxəssisləri Qarabağ ərazilərində minaların təmizlənməsi və zərərsizləşdirilməsi işlərini davam etdirir. “Dağlıq Qarabağdakı sülhməramlı missiyanın bütün dövrü ərzində təqribən 479,2 hektar ərazi, 182, 8 km yol təmizlənib, 23 mindən çox partlayıcı obyekt aşkarlanıb və zərərsizləşdirilib”.
Xatırladaq ki, noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə birgə Bəyanat imzalayıblar. Bəyanata əsasən, döyüş əməliyyatları 10 noyabr saat 01: 00-da sona çatıb. Hazırda döyüşlərin getdiyi bölgələrdə həyati əhəmiyyətli kommunikasiya xətlərinin bərpası davam edir.
Könül Əliyeva, "İki sahil”