12 yanvar 2021 16:06
1238

Kəşfiyyatçı şəhidin valideynləri ikisahil.tv-yə danışdı - FOTO/VİDEO

Niyaməddin İsrafil oğlu Ələkbərov 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olub. Orta məktəbi bitirib. 2011-ci ildə Naxçıvan Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunsa da, bir neçə ay sonra təhsilini yarımçıq qoyub könüllü olaraq həqiqi hərbi xidmətə yollanır. Əsgərlik müddəti başa çatdıqdan sonra ordu sıralarında kəşfiyyatçı gizir kimi müddətdən artıq hərbi qulluqçu olaraq xidmətini davam etdirir. 44 günlük Vətən müharibəsinin ilk günündən döyüşlərə başlayan N. Ələkbərov kəşfiyyatçı kimi erməni mövqelərinin koordinatlarının çıxarılmasında, bir neçə post və yüksəkliyin alınmasında birbaşa iştirak edib. O, oktyabrın ikisində düşmənin atdığı minaatan zərbəsi nəticəsində şəhidlik zirvəsinə yüksəlib. Şəhidin valideynləri ilə ətraflı müsahibəyə çərşənbə günü ikisahil.tv-də baxa bilərsiniz.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin!

Taleh Bağırov, “İki sahil”