“Bu kimi sahələrin çevik, səmərəli və məhsuldar işləməsi üçün seçmə mütəxəssislərin cəmləşdiyi elmi araşdırma mərkəzləri yaradılmalıdır. Nizami Gəncəvinin həqiqi dəyərini alması üçün onun haqqında beynəlxalq elmi səviyyəyə çıxa biləcək əsərlərin sayına diqqət edilməlidir”.
Bu sözləri “İki sahil”ə açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva deyib.
O qeyd edib ki, “Azərbaycan nizamişünaslarından Rüstəm Əliyev, Qəzənfər Əliyev, Xəlil Yusifli, Qulamhüseyn Beqdeli, Xəlil Hüseynov, Çingiz Sasani, Qasım Cahani, Nüşabə Araslı, Mənzərə Məmmədova, Mehdi Kazımov və digərləri Nizaminin ədəbi şəxsiyyətinin müxtəlif cəhətlərini ciddi şəkildə araşdırıblar və həmin tədqiqatlar bu gün də öz dəyərini saxlayır. Xüsusilə Nizami Gəncəvi yaradıcılığı 1979-cu ildə ümummilli liderimiz Heydər Əliyevin xüsusi Sərəncamı ilə diqqət mərkəzinə çəkiləndən sonra onun haqqında çox sayda araşdırmalar aparıldı. Amma sovet dövrü araşdırmaları həm də tədqiqatçını ideoloji baxımdan çərçivəyə saldığı üçün bu gün həmin əsərlərin bir qisminin təkrar nəşrində bəzi mülahizə və təhrifləri geniş açıqlamağa ehtiyac olduğunu da etiraf etməliyik. Məsələn, “Yeddi gözəl” əsərində Səqləb ölkəsinin qızının niyə bəzən slavyan, bəzən rus kimi təqdimi ciddi araşdırmaya möhtacdır”.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?