Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə “Bu günün rəssamı” layihəsinə start verilib.
"İki sahil" xəbər verir ki, layihənin əsas məqsədi vətənpərvərliyin tablolarda tərənnüm olunması, gənc və istedadlı rəssamların təbliği və bacarıqlarının inkişaf etdirilməsidir.
Layihənin ilk iştirakçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin tələbələri olublar. Gənc rəssamlar yaratdıqları əsərlərdə Vətənə, müzəffər Ordumuza və şanlı Azərbaycan əsgərlərinə olan məhəbbət və sevgilərini ifadə ediblər. Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn əsgərlərimizin, qazilərimizin, bir sözlə şanlı əsgərlərimizin qəhrəmanlıqlarını tablolarında tərənnüm ediblər.
Qeyd edək ki, koronavirus pandemiyası bitdikdən sonra layihə daha geniş miqyasda davam edəcək və layihə çərçivəsində müasir Azərbaycan rəssamlarının sərgiləri nümayiş etdiriləcək.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?