Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssislərinin Dağlıq Qarabağı minalardan təmizlədiyi anların görüntüləri yayımlanıb.
"İki sahil" xəbər verir ki, kadrlarda aşkarlanan sursatların zərərsizləşdirilməsi prosesi əks olunub.
Nazirlik son açıqlamasında 23 Noyabr 2020-ci ildən bəri Qarabağda təxminən 479,2 hektar ərazi, 182,8 km yol, 22 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 710 yaşayış binasının partlamamış hərbi sursatlardan təmizləndiyini, 23 mindən çox partlayıcı obyekt zərərsizləşdirildiyini açıqlamışdı.
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib