Qarabağ bölgəsində aparılan axtarışlar nəticəsində daha 14 erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
"İki sahil" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Cəsədlər Zəngilan rayonu ərazisində aşkarlanıb. Axtarış işlərinin davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, ümumilikdə isə 2020-ci ilin noyabr ayının 13-dən bəri döyüş bölgəsindən 1211 erməni cəsədi götürülüb.
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib