Türkiyə hərbçiləri Azərbaycanın işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsində iştirak edir.
"İki sahil" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Türkiyə Quru Qüvvələrinin Xüsusi Təyinatlı Mina Təmizləmə birliklərinin 136 hərbçisi Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib. Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə minatəmizləmə təlimi keçməklə bərabər, Qarabağda minatəmizləmə əməliyyatlarında da iştirak edir.
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib