Vətən Müharibəsində iştirak etmiş iki qardaşın - Xızır və Xəzər Şahhüseynovların Biləsuvar rayonuna qayıdışı sakinlər arasında böyük fərəh və coşquya səbəb olub, əsl bayram əhval-ruhiyyəsi yaradıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.
Bildirilir ki, qardaşlardan biri - Xəzər Şahhüseynov qazidir. O, ağır döyüşlərdən birində yaralanıb.
Keçmiş döyüşçüləri bayraqlarla qarşılayan sakinlər onları alqışlayaraq Şahhüseynov qardaşlarına minnətdarlıqlarını bildiriblər. Xızır və Xəzər Şahhüseynov isə bildiriblər ki, hər zaman Vətənin keşiyində dayanmağa, gələcəkdə də lazım gəlsə, yenidən silaha sarılmağa hazırdırlar.