Azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrimizin təminatı və döyüş hazırlığı səviyyəsi yoxlanılıb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.
Müdafiə Nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, nazir hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb, vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Sonda nazirliyin rəhbərliyi hərbi qulluqçularla birgə nahar edib və çay süfrəsi arxasında onları maraqlandıran mövzularla bağlı söhbətlər aparıb.
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib