08 yanvar 2021 19:31
1493

Yayılan xəbərlər həqiqəti əks etdirmir

Azərbaycanda Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlər həqiqəti əks etdirmir

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bir sıra xarici media orqanlarında ölkəmizin 3 şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlərə aydınlıq gətirib.

V.Dərgahlı "İki sahil"ə bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir".