08 yanvar 2021 12:54
878

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tarixi hadisədir

Türkdilli ölkələrin liderləri mədəniyyətlərimizi tərənnüm edən dəyərlərimizi gün üzünə çıxarıb ilk növbədə türk dünyasında, eyni zamanda bütün dünyada tanınmasına böyük töhfələr verirlər. Prezident İlham Əliyevin Şuşa ilə bağlı qərarı bu mənada tarixi hadisədir.

"İki sahil" xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri, Yerli Düşüncə Dərnəyinin fəxri sədri Yalçın Topçu söyləyib.

Şuşanın qədim mədəniyyətə sahib olduğunu bütün dünyanın bildiyini diqqətə çəkən Yalçın Topçu əminliklə bildirib ki, Qafqazın incisi sayılan bu qədim şəhərdəki bütün dağıdılmış abidələr Azərbaycan tərəfindən yenidən dirçəldəcək

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun qazandığı tarixi zəfəri xoş sözlərlə xatırlayan və bu qələbədən qurur duyduğunu ifadə edən baş müşavir Yalçın Topçu deyib: “Bu zəfər bölgəyə sülh və sabitlik gətirəcək və bütün dünya bundan bəhrələnəcək.”