06 yanvar 2021 09:09
1140

Mükafatlandırma təxirə salındı

63-cü "Qremmi" 31 yanvarda baş tutmalı idi. Yeni koronavirusun Kaliforniyada yayılması ilə əlaqədar vəziyyətin ağırlaşması fonunda təşkilatçılar mərasimi ən azı bir ay təxirə salma qərarına gəldilər. Yeni tarix hələ açıqlanmayıb, lakin mərasimin mart ayında keçirilməsi planlaşdırıldığı məlumdur.

“İki sahil”in məlumatına görə, noyabr ayının sonunda təşkilatçılar 84 nominasiya üzrə musiqi mükafatına namizədlər siyahısını açıqlayıblar. Nominasiyalar sayında lider doqquz kateqoriyada mükafata namizəd olan amerikalı müğənni Beyons olub. Müğənnilər Dua Lipa, Taylor Svift və müğənni Roddi Riç hər biri altı nominasiya alıblar.