Qarabağdakı döyüş əməliyyatları zonasında aparılan axtarış işləri zamanı daha 9 erməni cəsədi tapılıb.
Publika.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı keçmiş qondarma rejimin təcili xidmətinin mətbuat mərkəzi feysbuk səhifəsində bildirib.
Qeyd olunub ki, cəsədlərin hamısı 4 yanvar tarixində Cəbrayıl rayonundan Ağoğlan (Hadrut) qəsəbəsi istiqamətində aşkarlanıb. Hazırda Talış-Suqovuşan, Ağoğlan bölgəsi və Füzuli istiqamətində axtarış işləri davam etdirilir.
Tapılan cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası təyin olunub.
Xatırladaq ki, 23 noyabr tarixindən 4 yanvar tarixinə qədər Qarabağda aparılan axtarışlar zamanı, ümumilikdə, 1184 cəsəd tapılıb.
Axtarış işinə ölən və ya itkin düşmüş hərbi qulluqçuların qohumları, habelə ərazilərlə tanış olan insanlar və ya döyüş əməliyyatlarında iştirak edən könüllülər qatılıb.
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib