Bu gün anamı itirdim. Koronavirus daha bir həyat aldı. Ancaq inanıram ki, o, ən yaxşı dünyadadır, çünki anam çox ləyaqətli bir həyat sürdü və Uca Allahın qarşısında borcunu yerinə yetirdi - anam çox gözəl bir övlad, həyat yoldaşı, bacım və mənim üçün ən yaxşı ana idi və çox imanlı bir insan idi.
"İki sahil" xəbər verir ki, bu sözləri Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə sosial şəbəkədəki hesabında anasının vəfatı ilə bağlı yazıb.
“Təəssüf ki, son günlərində və dəqiqələrində mən onun yanında ola bilmədim, amma bilirəm ki, o, ağır vəziyyətinə və komada olmasına baxmayaraq, dünyəvi həyatının son anına qədər Allahdan bizim üçün, öz övladları üçün can sağlığı diləyirdi. Gedərək virusdan aldığı bütün zərbəni öz üzərinə götürdü və mənim üçün, bacım və bütün yaxınlarım üçün həyat və sağlamlıq dilədi, çünki bu dünyada Ananın duasından güclü bir şey yoxdur. Allah rəhmət eləsin. Özünüzü qoruyun, əziz dostlar, yaxınlarınızı qoruyun, onların həyatını qorumaq üçün mübarizə aparın”, - deyə Əməkdar artist əlavə edib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?