30 dekabr 2020 17:42
711

"Paşa sığorta" cəbhəyanı bölgələrdə məskunlaşan ailələrə hədiyyələr paylayıb FOTO/VİDEO

Yeni ildə alacağınız gözəl xəbərlərin müjdəsi qəlbinizi və həyatınızı yeni ümidlərlə canlandırsın.

"İki sahil"in məlumata görə, "Paşa sığorta" bu il hədiyyə sovqatını ən əvəzolunmaz hədiyyəni - Qarabağımızı bəxş edən ordumuza, müharibənin çətinliyi birbaşa hiss edən və cəbhəyanı bölgələrdə məskunlaşan ehtiyac sahibi ailələrə hədiyyələr edilib.

Bildirilib ki, bu ailələrə çatan yardım payında sizlərin də töhfəniz var. Sizin mərhəmətiniz onların üzündə gülüşə, qəlblərində xoşbəxtliyə çevrildi.

Arzu edirik ki, qarşıdan gələn ili azad edilən torpaqlarımızda qürur və sevinc hissi ilə bol xoşbəxtlik və sağlıqla keçirək.