Vətən, torpaq həsrəti təkcə insanları deyil, onların nəfəsinə həsrət qalmış təbiəti də göynədir.
"İki sahil" baku.tv-yə istinadən xəbər verir ki, təbiət də doğmalarını axtarır, doğma bir səs soraqlayır. Artıq bu nisgil də, həsrət də sona yetib. Vətən torpağı daha düşmən tapdağı altında inildəmir.
O dəhşətli günlərin xatirəsini daşıyan başı qarlı dağlarımız artıq vüqarla boylanır, çaylarımız acı xatirəlini təzələyərək axır. Gözəllikdə tayı-bərabəri olmayan Həkəri çayı kimi.