29 dekabr 2020 02:48
768

Futbolçunun butsunu oğurlayan it meydana daxil oldu

Boliviyada "Strongest" və "Nasyonal Potosi" komandaları arasında yoldaşlıq matçı zamanı maraqlı hadisə baş verib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, futbolçularından birinin butsunu oğurlayan it meydana daxil olub. O, otun üzərində uzanaraq, butsu çeynəməyə başlayıb.

Daha sonra oyunçulardan biri iti qucağına alıb və meydandan çıxarıb.