Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, daşıyıcı qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin və diametri 200mm-lik siyirtmənin təmiri eləcə də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar, sabah saat 09:00-dan təmir işləri tamamlananadək Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir