Teleməkanda ilk dəfə olaraq Şuşada yayıma Azərbaycan Televiziyası (AzTV) başlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, Şuşada Azərbaycan Televiziyasına baxmaq və 105 FM radiosunu dinləmək mümkündür.
“Müharibə bitdikdən bir neçə gün sonra televiziyamızın yayımını bərpa etmək üçün işlərə başladıq. Ötürücü avadanlıqlar quraşdırıldı və həmin günlərdən TV-yə Şuşada baxmaq və radionu dinləmək mümkün oldu. Əsas məqsədimiz işğaldan azad olunmuş bütün torpaqlarımızda tezliklə yayımı bərpa etməkdir”, - deyə şöbədən bildirilib.
Bundan başqa, AzTV-nin Şuşa bürosunun yaradılması da nəzərdə tutulur.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?