24 dekabr 2020 15:27
954

"İMZA"çılar Prezidenti təbrik etdilər VİDEO

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi Azərbaycanda, eyni zamanda, ölkəmizdən kənarda yaşayan “İmzaçı”lar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibətilə xüsusi video çarx hazırlayıblar.

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnar Məmmədlinin "İki sahil"ə verdiyi məlumata əsasən, bu gün sosial şəbəkələrdə paylaşılmış, istifadəçilərin böyük marağına səbəb olmuş təbrik çıxışlarında Müzəffər Ali Baş Komandanımıza doğum günü ilə bağlı təbriklərlə yanaşı, o da bildirilib ki, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə şanlı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb, dövlətimizə və xalqımıza bütün dünyada böyük nüfuz qazandırıb, millətimizin öz parlaq gələcəyinə inamını daha da artırıb.

“İMZA” Sosial İnkişafa Dəstək İctimai birliyinin hazırladığı həmin video çarxı diqqətinizə təqdim edirik.