“Prezident İlham Əliyev bizim xəyallarımızı gerçəkləşdirən sərkərdə oldu. Ağlımıza gəlməyəni həyata keçirdi”.
"İki sahil" xəbər verir ki, bunu Azvision.az -a Azərbaycanın Xalq artisti Bilal Əliyev deyib.
Tanınmış xanəndə dövlət başçısını doğum günü münasibətilə təbrik edərək deyib: “Hamıda ruh düşkünlüyü var idi, fikirləşirdik ki, 30 il keçib, Qarabağı bir də görə biləcəyikmi? Prezident İlham Əliyev bizim xəyallarımızı gerçəkləşdirən sərkərdə oldu. Ali Baş Komandan bütün varlığı ilə çalışdı ki, həm qalib olaq, həm də döyüşdə itkilərimiz az olsun. Döyüşün bütün məsuliyyətini üzərinə götürmüşdü. Ona görə də gərək böyük ağıl, zəka sahibi olasan, böyük bir məktəb görəsən ki, bu işlərin öhdəsindən gələsən. Dövlət başçısı tarixi qələbə qazanaraq bizə böyük sevinc bəxş etdi.
Cənab Prezident doğum günü öncəsi Qubadlıya, Zəngilana səfər etdi. Hərbçilərimizlə görüşdü. Orada bildirdi ki, dünya bu dəqiqə bizim apardığımız müharibəni araşdırır, 21-ci əsrdə belə bir müharəni necə apardıq və qalib olduq. Misli görünməyən qələbədir. Həm zəfər çaldıq, həm itkilərimiz az oldu. Düşmən ikiqat çox itki verdi.
Biz bundan sonra da dəmir yumruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında möhkəm birləşməliyik. Prezidentimiz qələbə xəbərlərini verəndə bəlkə də dünyada məndən xoşbəxt adam olmazdı. Hər gün 8-10 kəndin azad olunması xəbərini eşitmək bilirsiniz nə demək idi? Hər an xalqa hesab verirdi. Arzu edirəm ki, dövlət başçısı növbəti doğum günlərini Şuşada və azad edilmiş digər ərazilərimizdə qeyd etsin”.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?