“Prezident İlham Əliyev Qarabağı işğaldan azad etməklə xalqımıza böyük qələbə bəxş etdi, bizi utancdan xilas etdi”.
Bunu Azvision.az -a Xalq artisti Rasim Balayev deyib.
Tanınmış aktyor dövlət başçısını doğum günü münasibətilə təbrik edərək deyib: “Ölkə başçımız Qarabağın azad edilməsi ilə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq qəhrəmanlıq etdi. O, elə bir iş gördü ki, heç birimizin ağlına gəlməzdi. Bu, böyük bir qəhrəmanlıqdır. Millətimizi xilas etdi. İlham Əliyev məğlub adını bizim üstümüzdən götürən böyük liderdir. Ona böyük məhəbbət və hörmətim var. Ölkə başçısına uğurlar, cansağlığı arzu edirəm. Fəxr edirəm ki, bizim elə bir liderimiz, prezidentimiz var.
Prezident hər zaman doğum günlərini məcburi köçkünlərlə birlikdə qeyd edirdi. Bu dəfə isə Qubadlıya, Zəngilana səfər etdi, əsgərlərlə görüşdü. Dövlət başçımız doğum günlərini təkcə ailəsi ilə deyil, əgərlərlə, xalqla birgə qeyd edir. Camaatın arasında olur. Bu, onun böyüklüyünü göstərir. Hər zaman əziyyət çəkən insanların yanında olur, dəstək verir”.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 59 yaşı tamam olur.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?