Azərbaycanın Qarabağ bölgəsi qədim tarixi, zəngin maddi mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi, eləcə də adət-ənənələri ilə fərqlənir. Bütün bunlar bədii təfəkkür və yaradıcılığa müsbət təsir göstərən bölgənin əsrarəngiz təbiətinin, təbii sərvətlərinin zənginliyinin nəticəsidir. Qarabağın mədəniyyət xəzinəsində bu elin insanlarının çoxəsrlik adət-ənənələri mühüm yer tutur.
Mədəniyyət Nazirliyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilən Qarabağımızın təkcə abidələri və mədəniyyət infrastrukturunu deyil, eyni zamanda tarixən bu torpaqlarda mövcud olan mədəni ruhu və əhval-ruhiyyəni bərpa etmək məqsədilə “Yurda qayıdış: Qarabağın adət-ənənələri” layihəsinə start verib.
Nazirlikdən "İki sahil"ə bildirilib ki, layihədə iştirak etmək istəyən Qarabağ bölgəsinin sakinləri bölgənin milli köklərə söykənən rəngarəng həyat tərzini yenidən canlandırmaq üçün tarixən bu torpaqlarda mövcud olmuş adət-ənənələr barədə ətraflı məlumatı (yazılı məlumat, xatirələr, foto və video materiallar) aşağıdakı e-mail ünvanlarına (“mövzu” hissəsində layihənin adını qeyd etməklə) və ya nazirliyin rəsmi sosial media hesablarına təqdim edə bilərlər: [email protected], [email protected].
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?