23 dekabr 2020 08:51
815

Təqaüdçü oğrunu stulla dayandırdı

Yaşlı kişi Rusiyanın Saratov vilayətində mikromaliyyə təşkilatının yerləşdiyi ofisə hücum edən gənci dayandırmağa nail olub. 

"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ofisdə yerləşən təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Gənc oğlan ofisə daxil olub, orada çalışan xanımı hədələyərək, xəzinədə olan pulları ona verməsini tələb edib.

Bu zaman ofisə daxil olan təqaüdçü əlinə stulu götürərək cinayətkarın oradan uzaqlaşdırıb.