21 dekabr 2020 13:16
815

Rahib Paşinyanın əlini havada qoydu VİDEO

Ermənistanda müharibədən sonra məğlubiyyət rəmzinə çevrilmiş baş nazir Nikol Paşinyana qarşı nifrət və narazılıq artmaqdadır.

"İki sahil" azvision-a istinadən xəbər verir ki, narazı vətəndaşlar baş naziri istefaya çağırır, ona qarşı aqressiyanı müxtəlif etiraz formaları ilə ifadə edirlər. Belə etirazlardan biri Sisianda baş verib.

Məlumata görə, Sisiandakı kilsəyə gələn Paşinyan gözlənilmədən rahibin sərt təpkisi ilə rastlaşıb. Belə ki, o, din xadiminə əl uzatsa da rahib Paşinyanın əlini havada qoyub və baş naziri müqəddəs məkanı tərk etməyə çağırıb.