21 dekabr 2020 03:52
1326

“Sol Yanım”la bağlı həqiqət ortaya çıxıb

Türkiyədə yeni yayımlanmağa başlayan "Sol Yanım" serialı ilə bağlı gerçək ortaya çıxıb.

"İki sahil" Axşam.az-a istinadən xəbər verir ki, ekran işində Asena obrazı üçün əvvəl aktrisa Hande Ataizi ilə razılığa gəlinərək müqavilə imzalanıb. Hətta serialın yay aylarında baş tutan çəkilişlərinin bir qismində Hande iştirak edib. Ona həvalə edilən obrazı canlandırıb.

Daha sonra film heyəti heç bir açıqlama etmədən Ataizi ilə iş birliyini bitirib. Həmin rol üçün aktrisa Defne Samyeli ilə müqavilə imzalanıb.

Qeyd edək ki, ekran işinin əsas rollarında Özge Yağız, Tolga Mendi, Cemre Baysel və Defne Samyeli kimi aktyor çəkilir. Serialda Serra və Selim adlı iki gəncin eşq hekayəsindən bəhs edilir.