19 dekabr 2020 17:00
990

Ağdamın Cümə məscidindən rayonun görüntüsü  VİDEO

İşğaldan azad edilmiş Ağdamın Cümə məscidindən rayonun yeni görüntüləri çəkilib.

"İki sahil" xəbər verir ki, oxu.az-ın ərazidə olan əməkdaşı görüntüləri məscidin minarəsindən lentə alıb.

Qeyd edək ki, Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən, Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına təhvil verilib.