Azərbaycanlı rejissor Elçin Ağazadənin “Uğur böcəyi” adlı filmi ABŞ-ın Florida ştatında 15 dəqiqəlik qısa sosial filmlər arasında “Ən yaxşı sosial film” nominasiyasının qalibi olub.
"İki sahil" xəbər verir ki, ekran əsəri autizmli uşaqlara həsr olunub. Kiçik oğlunun autizm sindromlu olması rejissorun bu işə təşəbbüs göstərməsinə səbəb olub. Filmin baş qəhrəmanı balaca Fatimə rolu ilə autizmə xas davranışları maksimum əks etdirə bilib. Görünür, bu da amerikalı film mütəxəssislərinin diqqətini cəlb edib.
Filmin rejissorları Elçin Ağazadə, Elmar Bayramov, operatoru Tərlan Xaqverdiev, icraçı prodüseri Anar Yəhya, rolları Fatimə Əliyeva, Ülviyyə Rza və Kənan Əsgərzadə ifa ediblər.
Xatırladaq ki, Elçin Ağazadə buna qədər bir çox milli mənəvi dəyərlərlə bağlı kliplərin və sənədli filmlərin rejissoru olub. Onun çəkdiyi "Cənnət ətri", "Səngərdə azan", "Zamana sığmayan Nəsimi", "Klassik ədəbiyyatımızda imam Hüseyn" və s. işləri rəğbətlə qarşılanıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?