18 dekabr 2020 21:30
951

ÇL: Qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşdi

UEFA Çempionlar Liqasının qrup mərhələsində ən yaxşı qolun müəllifi müəyyənləşib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bu ada Fransanın PSJ komandasının futbolçusu Neymar layiq görülüb.

Braziliyalı hücumçunun VI turun Türkiyə "Başakşehir"i ilə matçda (5:1) təqribən 23 metrlik məsafədən vurduğu qol ən yaxşı seçilib.