Ermənistanda itkin düşən hərbçilərin yaxınları növbəti dəfə etiraz aksiyası keçiriblər.
"İki sahil" Azvision.az-a istinadla xəbər verir ki, Şirakdan olan ermənilər Erdjan-Gümrü yolunu bağlayıblar.
Etirazçılardan biri deyib ki, biz öz övladlarımızı, əsir olan əsgərləri geri tələb edirik.
Digər əsgər valideyni isə bunları qeyd edib: “Üç aydır ki, öz övladımdan heç bir xəbər ala bilmirəm. Rəhbər şəxslər övladımı mənə qaytarsınlar. Bütün valideynlər birləşiblər, artıq hamı dərdinə görə bir-birinə bənzəyir. Rəhbər şəxslər isə hardasa öz keflərindədirlər, yeyib-içib bizim uşaqlar haqqında heç düşünmürlər”.
Xatırladaq ki, dekabrın 16-da da Şirak sakinləri eyni səbəblə yolu bağlamışdılar. Onlar qubernatorla görüşdükdən sonra etirazı dayandırmışdılar.