Türkiyənin “Manqala” oyunu UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilib.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabı vasitəsilə bildirib.
Türkiyənin xüsusilə Qaziantep, Şanlıurfa, Hatay kimi vilayətlərində daha yayğın əl oyunu olan “Manqala” ölkənin fərqli bölgələrində “Göçürme”, “Mankala”, “Kümelek”, “Doqquz Quyu”, “Doqquz Daş”, “Emme”, “Qala”, “Mele”, “Xana”, “Quyu Daşı”, “Göçme” kimi fərqli adlarla da tanınır. Dərin tarixə sahib oyun Osmanlı dövründə sosiallaşma və mədəni paylaşım vasitələrindən biri olub. İki nəfər və ya iki qrup arasında oynanan oyunda daş yerinə toxumlardan da istifadə edilə bilər.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?