Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) başkanı Hüseyin Büyükfıratın dəstəyi yaradılan "Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində qardaş Türkiyə Cümhuriyyətinin Diyanet İşleri Başkanlığı, Türkiyə Cümhuriyyəti Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyi tərəfin Bakıya gətirilmiş 32.000 ədəd cərrahi önlük və 4920 ədəd Covid-19 testi TƏBİB nümayəndəsinə təhvil verilib.
"İki sahil" xəbər veri ki, məhsulların təhvil verilm' mərasimində Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özoral və Din Hizmetleri Müşaviri Zəki Yavuzyılmaz iştirak edib.
Milli Məclisin deputatı Ramil Həsən bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına təşəkkürünü bildirib.