15 dekabr 2020 18:50
1137

Bursada Azərbaycanın qələbəsinə həsr edilmiş fotosərgi açılıb

Türkiyənin Bursa vilayətində “Qarabağ Azərbaycandır, Zəfərin ardından” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Bursanın Osmanqazi Bələdiyyəsinin təşkilatçılığı ilə “15 iyul-demokratiya meydanı”nda açılan sərgidə Anadolu agentliyinin fotomüxbirləri tərəfindən Azərbaycanın Vətən müharibəsi dövründə çəkilən və özündə qələbə sevincini əks etdirən 22 şəkil nümayiş etdirilir.

Tədbirdə iştirak edən Osmanqazi Bələdiyyəsinin sədri Mustafa Dündar Azərbaycanın torpaqlarını işğaldan azad etməsi münasibətilə çox böyük sevinc hissi keçirdiklərini bildirib.

Sərgi bir həftə davam edəcək.