15 dekabr 2020 14:27
977

Nazir müavini ermənilərin dağıtdığı tarixi binanın görüntülərini yaydı  VİDEO

Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Cəbrayılın Süleymanlı kəndindən video paylaşıb.

"İki sahil" xəbər verir ki, o, “Twitter” hesabından paylaşdığı görüntülərdə qeyd edib: “Cəbrayıl rayonunun Süleymanlı kəndində 1893-cü ildə inşa edilmiş, Ermənistan işğalı nəticəsində dağıdılan bina...

Mütəxəssislərimiz girişin üstündəki yazıları müəyyənləşdirməyə çalışır. Qarabağın azad edilmiş ərazilərində mədəni mülklərin monitorinqi davam edir”.