Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə "Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində qardaş Türkiyə Cümhuriyyətinin Diyanet İşleri Başkanlığı, Türkiyə Cümhuriyyəti Diyanet Vakfı və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə üçüncü yardım aksiyası olaraq Gəncə şəhərlərini əhatə edən bütün şəhid və qazi ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verilib.
"İki sahil" xəbər verir ki, Ramil Həsən bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə hər tərəfli şərait yaradan, ev sahibliyi edən Milli Məclisin deputaları Naqif Həmzəyevə, Müşviq Cəfərova və Gəncə Şəhər İcra Hakimiyyətinə xüsusi təşəkkürünü bildirib.