Çeçenistanda 5.6 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, episentri Urus-Martan rayonunda olan yeraltı təkanlar yerin 25 km dərinliyində qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntılar baş verməyib. Yeraltı təkanların qonşu Dağıstan, İnquşetiya və Şimali Osetiya ərazilərində də hiss edildiyi bildirilib.
Zəlzələ anının görüntüləri sosial şəbəkələrdə yayılıb.
***
Son sutka ərzində Çeçenistanda ikinci zəlzələ baş verib.
Məlumata görə, 4.1 bal gücündə olan zəlzələnin episentri Urus-Martan rayonunda qeydə alınıb.
***
Çeçenistanda gün ərzində beşinci zəlzələ baş verib.
Bu barədə Rusiya FHN-in regional idarəsi məlumat yayıb.
Sonuncu zəlzələ 2,9 bal gücündə olub.