12 dekabr 2020 11:20
1540

Azərbaycan polisinə yeni xidməti avtomobillər verildi

Daxili işlər orqanları əməkdaşlarına yeni avtomobillər verilib.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, yeni pikap avtomobilləri müasir yeni mobil cihazlarla təmin olunub. Amerika istehsalı olan yeni avtomobillər artıq polislərə təqdim olunub. Avtomobillər əsasən post-patrul xidməti şəxsi heyəti üçün nəzərdə tutulub. Qabaqcıl dövlətlərin polis xidmətlərinin istifadə etdiyi bu avtomobillər daha cəld manevr qabiliyyətinə malikdir.

Azərbaycan polisi artıq yeni avtomobillərlə xidmətə başlayıblar.