Bu il “Neftlix”də ən çox baxılan serialların siyahısı açıqlanıb.
APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, siyahı “Huffington Post” tərəfindən tərtib edilib.
Siyahıya “Kraliçanın qambiti” adlı dramatik mini-serial başçılıq edir. “Kraliçanın qambiti” Kentukki ştatından olan yetim qızın şahmatda uğur qazanmaq istəyindən bəhs edir.
İkinci yerdə isə Pendlton Uordun “Gecəyarısı Yevangeliyası” animasiya filmi qərarlaşıb. Siyahıda yer alan digər animasiya filmi isə “At BoCek”dir.
Siyahıda yer alan seriallardan biri də “Ortodoksal olmayan” ekran işi olub. Serialda hasidi icmasından qaçıb Berlindən yeni həyata başlamaq istəyən yəhudi qadından bəhs olunur.
Britaniya kral ailəsinin həyatlarından bəhs edən “Tac” bioqrafik dramı da siyahıda yer alıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?