Dekabrın 18-də Hövsan Yaşayış Kompleksində 501 mənzilin güzəştlə satışı başlayacaq
Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 501 mənzilin güzəştlə satışı 18 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.
Agentlikdən "İki sahil"ə verilən məlumata görə, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 22 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcəkdir. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Hövsan Yaşayış Kompleksində həyata keçirilən əvvəlki satışlar zamanı güzəştli mənzil əldə edən vətəndaşların bir neçəsi öz təəsüratlarını bölüşüb. Hazırlanmış video-çarxı diqqətinizə təqdim edirik.