08 dekabr 2020 12:48
882

Anama deyin, şəhid olsam, qürur duysun  VİDEO

“Ata, yurdumuzu - Laçını almağa gedirik, anama deyin, nigaran qalmasın, əksinə, şəhid olsam, qürur duysun. Nə badə ağlayasınız”.

"İki sahil" xəbər verir ki, bu sözləri şəhid Tural Rəhimov atası Gəray Rəhimovla telefonda danışarkən deyib: “Səhər-səhər saat 10-a qalmışdı, zəng etdi. Dedi “Ata, narahat olmayın, narahat olmağa bir əsas yoxdur. Biz irəliyə doğru gedirik, mən şəhid ola bilərəm, amma mənim üçün heç vaxt heyifslənməyin”.