07 dekabr 2020 15:10
895

Azərbaycan və Türkiyə milliləri birgə təlim-məşq toplanışı keçir

Dekabrın 12-dən 18-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından "İki sahil"ə verilən məlumata görə, yarışda ölkəmizi təmsil edəcək sərbəst güləş üzrə yığmamız Türkiyədə təlim-məşq toplanışı keçir. Qardaş ölkənin milli komandası ilə birgə baş tutan hazırlıq prosesi dekabrın 1-də start götürüb. Komandamız baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Ankarada həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır. İki ölkənin millisinin birgə təlim-məşq toplanışı dekabrın 14-dək davam edəcək.

Qeyd edək ki, Fərdi Dünya Kubokunda sərbəst güləşçilər yarışın son günlərində (16-18 dekabr) mübarizə aparacaq.