07 dekabr 2020 10:26
599

Masallıda mebel mağazasında yanğın olub

Masallı rayonunun Digah kəndində ümumi sahəsi 550 kvadratmetr olan fəaliyyət göstərməyən mebel mağazasının döşəməsi 30 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə bildiriblər ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.