06 dekabr 2020 10:10
733

Adam oğrusu polislərdən divanın altında gizləndi - VİDEO

Rusiyanın Krasnoyarsk şəhərində insan oğurluğunda şübhəli bilinən şəxs divanın altından çıxarılıb.

"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, REN TV bununla bağlı kadrları yayımlayıb.

Videodan görünür ki, hüquq mühafizəçiləri ilk baxışdan heç kəsin görünmədiyi qaranlıq otağa daxil olublar. Sonradan şübhəli divanın altında tapılır.

O, altı il əvvəl münaqişədə olduğu adamı oğurlamaqda şübhəli bilinir.