Rusiyalı minaaxataranlar Xocalının minalardan təmizlənməsinə başlayıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, minalardan təmizləmə prosesində çoxfunksiyalı "Uran-6" robot kompleksindən istifadə edilir və bu işə Rusiya Müdafiə Nazirliyinin Minaaxtaranlar şöbəsi də cəlb olunub.
Humanitar Minalardan Təmizləmə Mərkəzinin rəis müavini, polkovnik-leytenant Dmitri Klyuçevskinin sözlərinə görə, “Uran-6” kompleksindən istifadə təmizləmə işlərinin keyfiyyətli və tam aparılmasına şərait yaradır.
Qəbul edilmiş qərar ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkilinə yönəlib
AQTA “Doğru seçim, yüksək nəticə” adlı maarifləndirici layihəyə start verib - Video