Qarabağda döyüşən Azərbaycan əsgərləri təyyarə ilə getdikləri İğdırda çoşqu ilə qarşılanıb.
“İki sahil” xəbər verir ki, onlar şəhid Bülent Aydın Hava Limanından quru yolu ilə birbaşa Naxçıvana yola düşüblər.
Beş avtobusda hərəkət edən əsgərlərimizə əslən Azərbaycandan olan vətəndaşlar sevgilərini nümayiş etdiriblər. Əllərində Azərbaycan bayraqları olan insanlar avtobusa daxil olaraq “xoş gəldiniz, başımızın tacı! Allah sizi qorusun”,- deyə bildiriblər.
Türk polisi və jandarma komandasının müşayiəti ilə hərəkət edən hərbçilər Dilucu Sərhəd Məntəqəsindən Naxçıvana keçiblər.
Qəbul edilmiş qərar ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkilinə yönəlib
AQTA “Doğru seçim, yüksək nəticə” adlı maarifləndirici layihəyə start verib - Video