01 dekabr 2020 15:27
694

Laçının işğaldan azad edilməsi Taxtakörpüdə qeyd edilib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətindən sonra laçınlılar Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində bir araya gəliblər.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Laçın Rayon İcra Hakimiyyətinin binası qarşısında toplaşan laçınlar Laçının Azərbaycan ordusunun nəzarətinə keçməsini xüsusi çal-çağırla qeyd ediblər.

Qeyd edək ki, Laçın rayonunun 1 şəhər, 1 qəsəbə, 125 kəndinin işğaldan azad olunması ilə ölkənin 58 şəhər və rayonunda məskunlaşan 78 565 nəfər laçınlı öz dədə-baba torpağına  qaydacaq.