Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM),“Qonaq otağı ədəbiyyatı” layihəsi çərçivəsində “Mənə nəfəsli mahnılarınız sevginin ilk göz yaşları kimidir!” adlı ədəbi bədii gecə keçirilib.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, tanınmış şair, yazıçı, publisist, tərcüməçi, ədəbiyyatşünas Aleksandr Blokun 140 illiyinə həsr edilmiş gecədə Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova və universitetin tələbələri iştirak ediblər.
BDU-nun Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova “Dahi rus şairi A.A.Blokun yaradıcılığının XXI əsrdə aktuallığı” adlı məruzə ilə çıxış edib.
Sonda Filologiya fakültəsinin tələbəsi Nigar Abdullayeva və Jurnalistika fakültəsinin tələbəsi Mariya Eyvazova şairin şeirlərini səsləndiriblər.
Tədbirin sonunda RİMM tərəfindən iştirakçılara rus yazıçı və şairlərinin kitabları hədiyyə edilib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?