Biləsuvar rayonunda şəhid kapitan Elçin Tağıyev dəfn edilib.
"İki sahil" "Report"a istinadən xəbər verir ki, şəhidlə əvvəlcə Biləsuvar rayonunun Zəhmətabad kəndindəki ata evində vida mərasimi baş tutub.
Vida mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.
Mərasimdən sonra şəhid Zəhmətabad kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, şəhid kapitan Elçin Tağıyev 1989-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulub.
Allah rəhmət eləsin!
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib